Azersun Holding-dən gənclərə yaradıcılıq bacarıqlarını kəşf etmək üçün möhtəşəm bir fürsət!
Ölkənin ilk marketinq müsabiqəsi ilə gəlirik!
BRAND BOOM
BRAND BOOM bir ideya müsabiqəsidir. Elə buna görə də, “YARADICILIĞIN QAZANDIRSIN!” şüarı ilə yola çıxırıq. Çünki bu müsabiqə ilə seçilən məhsula yenilik gətirmək ideyasını, onun marketinq mərhələlərini, ən əsası da bütün bunları komanda işi ilə həyata keçirmək təcrübəsini əldə etməyinizi hədəfləyirik.
Müsabiqəyə qatılmaqla nə qazanacaqsan?
⭐Seçdiyin marka ilə yaradıcı fikirləri paylaşmaq üçün əlverişli fürsət;
⭐Yaradıcılıq bacarıqlarını kəşf etmək üçün unudulmaz təcrübə;
⭐Möhtəşəm hədiyyələrin sahibi olmaq və ən əsası da Azərsun Holdinqin marketinq komandasında ödənişli təcrübə proqramı;
⭐Azərbaycanın ilk marketinq müsabiqəsinin ilk qalibi olmaq.
Ediləcək tək şey - komandanı qur, qeydiyyatdan keç və qalib sən ol!
Daha çoxu üçün brandboom.azersun.com saytına daxil ol və innovativ fikirlərini bizimlə paylaş.
Müsabiqəyə müraciət müddəti 🗓️04.11.2024-04.12.2024