Brandboom-Layihesi-Genc-Beyinlerden-Mohtesem-Final-ve-Innovativ-Ideyalar

"Brandboom Layihəsi: Gənc Beyinlərdən Möhtəşəm Final və İnnovativ İdeyalar!"

Azersun Holdinq-in gənclərə öz yaradıcılıq potensiallarını kəşf etmək və biznes dünyasına innovativ yanaşmalar gətirmək üçün təqdim etdiyi Brandboom layihəsi möhtəşəm bir final ilə başa çatdı! 🎉 Final mərhələsində komandalar öz layihələrini təqdim edərək yaradıcılıq və strateji düşüncələrini nümayiş etdirdi və hər biri öz ideyaları ilə bizə ilham verdi . Onlar sübut etdi ki, gənc beyinlər innovasiya və kreativliklə gələcəyin biznes dünyasını formalaşdırmağa qadirdir! Münsiflər heyəti qarşısında çıxış edən tələbələr təkcə öz bacarıqlarını yox, həm də gələcəyin biznes liderləri olmaq potensiallarını ortaya qoydular.

🏆 Üç qalib komandamız öz fərqli yanaşmaları və güclü ideyaları ilə seçildi. Ancaq qeyd etməliyik ki, bu layihədə iştirak edən hər bir gənc qalibdir! Onların göstərdiyi əzm, yaradıcılıq və əməkdaşlıq ruhu layihənin ən böyük uğurlarından biri oldu.