MÜRACİƏT ET

İştirak şərtləri:

Müsabiqədə iştirak üçün namizədlərdən aşağıda qeyd olunanlar tələb olunur.

  • 2024 və 2025-ci illər üzrə bakalavr və magistr tələbələri
  • Yüksək kommunikasiya bacarığı, komanda işi, analitik bacarıqlar

Necə müraciət edə bilərsiniz və sizi nələr gözləyir?

  • 1. Formu doldurmaqla başlayın!

    3-cü və 4-cü kurs bakalavr və ya magistratura tələbəsisinizsə, 2-3 nəfərdən ibarət komandanı qurub, müraciət et hissəsindən müvafiq məlumatları doldurub, markanızı seçib, qeydiyyatdan keçin!

  • 2. İdeyanızı bizimlə paylaşın!

    Əgər müsabiqədə iştirak şərtlərinə cavab verirsinizsə, bu barədə Brand Boom layihə komandası tərəfindən email vasitəsi ilə məlumatlandırılacaqsınız. Məlumatı aldıqdan sonra göndərilən “brief”ə əsasən, hazırladığınız təqdimatınızı (ideyanızı) göstərilən tarixə qədər bizimlə paylaşırsınız.

  • 3. “Buddy” dəstəyi alın!

    Qeyd olunan tarixlər aralığında, yekun layihə təqdim edilmədən bu layihədə sizlərə dəstək üçün təyin olunan Buddy-ləriniz yanınızda olacaq. Göstərilən tarixlərdə Buddy-lərinizlə görüşüb, layihə ilə bağlı ehtiyacınız olan dəstəyi ala biləcəksiniz.

  • 4. Layihənizi bizimlə paylaşın!

    Yeni vəzifəniz layihənizi təfərrüatlandırmaqdır. “İdeyanızı bizimlə paylaşın” mərhələsini keçən ilk 10 komanda arasında olsanız, başqa bir e-mail bildirişi ilə aldığınız 2-ci “brief”ə əsasən, hazırladığınız yekun layihənizi göstərilən tarixə qədər bizimlə paylaşırsınız.

  • 5. Böyük finalda iştirak edin!

    Və budur! Finaldasınız!
    Final mərhələsində komandalar münsiflər heyətinə öz təqdimatlarını edəcəklər. Təqdimatlardan sonra aparılan qiymətləndirmələrə əsasən, münsiflər heyəti ən yaxşı 3 komandaya öz mükafatlarını təqdim edəcək.

Bütün bunlar qulağa çox xoş və həyəcanverici gəlir, elə deyilmi?!

O zaman tələs, bu iş əsl sənlikdir!

Komandada iştirakçı sayı

Komanda iştirakçıları